QMİ sədri: "Bəzi dövlətlər Azərbaycanda dini və məzhəb ayrı-seçkiliyi salmaq istəyirlər"

QMİ sədri: "Bəzi dövlətlər Azərbaycanda dini və məzhəb ayrı-seçkiliyi salmaq istəyirlər"
10:17 26 İyun 2017
25 Ölkə
Ölkə mətbuatı
A- A+

Bəzi dövlətlər Azərbaycanda dini və məzhəb ayrı-seçkiliyi salmaq istəyirlər.

Milli.Az-ın Trend-ə istinadən məlumatına görə, bunu "Təzəpir" məscidində bayram namazından sonra Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə deyib.

A.Paşazadə qeyd edib ki, bəzi dövlətlər Azərbaycanın daxili işinə qarışır, məzhəb ayrı-seçkiliyi, dini ayrı-seçkilik salmaq istəyirlər: "İnşallah, biz onların heç birinə imkan yaratmayacağıq. Çünki bizim dövlətimiz tolerant dövlətdir. Bu dövlətdə dindarlar üçün bütün şərait yaradılıb".

QMi sədri bildirib ki, Azərbaycanda bütün dinlərə münasibət eynidir: "Bu yaxınlarda Azərbaycan Prezidentinin sərəncamı ilə dini icmalara maliyyə yardımı göstərildi. Ayrı-seçkilik olmadan müsəlmanlara, xristianlara, yəhudilərə maliyyə yardımı edildi. Bu, Azərbaycanın dövlət rəhbərinin siyasətidir və bu siyasət öz bəhrəsini verir".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/557681.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR