6 illik ərini gənc biznesmenə dəyişən Tuba Büyüküstün bu vəziyyətdə GÖRÜNTÜLƏNDİ - FOTO

6 illik ərini gənc biznesmenə dəyişən Tuba Büyüküstün bu vəziyyətdə GÖRÜNTÜLƏNDİ - FOTO
10:53 26 İyun 2017
124 Şou
Ölkə mətbuatı
A- A+

Bir neçə həftə əvvəl 6 illik həyat yoldaşı Onur Saylakdan boşanan aktrisa Tuba Büyüküstün paparatsilərdən xilas olmaq üçün Bodrumda başqa ev kirayələyib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, özündən 9 yaş kiçik iş adamı Umut Evrigenlə görüşdüyü deyilən aktrisa jurnalistlərin əlindən tətil planlarını dəyişdirməli olub. Büyüküstün və ailəsi Muğlanın Ula rayonundakı kənddə yerləşən bağ evinə köçüb. Aktrisa bütün səylərinə baxmayaraq kameralardan xilas ola bilməyib.

Tuba Büyüküstün dünən evinin hovuz başında görüntülənib. Uzun müddət telefonda danışan aktrisanın gərgin halı diqqət çəkib.

Xatırladaq ki, Tuba Büyüküstünün sevgilisi Ümid Evirgenin mühafizəçiləri “Hurriyet”in müxbiri İsmayıl Bayraka onları lentə aldığı üçün silahla hədə-qorxu gələrək kamerasını əlindən almışdılar. Müxbir polisə şikayət etdikdən sonra iş adamı və mühafizəçiləri həbs olunmuşdu.

Aytən


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin2/204006.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR