Aşıq Ədalətin HEÇ YERDƏ YAYIMLANMAYAN VİDEOSU çıxdı

Aşıq Ədalətin HEÇ YERDƏ YAYIMLANMAYAN VİDEOSU çıxdı
11:28 26 İyun 2017
86 Şou
Ölkə mətbuatı
A- A+

Əməkdar İncəsənət Xadimi Aşıq Ədalətin heç yerdə yayımlanmayan videosu üzə çıxıb.

Publika.az xəbər verir ki, video saz ustadının dostları ilə birlikdə bir məxlisdə deyib-gülərkən çəkilib. Uzun illər əvvəl çəkilən videonun sonunda Aşıq Ədalətin onu tərəfləyən dostu ilə etdiyi zarafat xüsusilə diqqət çəkib.

Xatırladaq ki, 80 yaşlı sənətkarın səhhətində problemləri var. O, Publika.az-a verdiyi açıqlamda boğazında ağrıları olduğunu və danışmaqda çətinlik çəkdiyini etiraf etmişdi: "Həkimlər əməliyyat olunacağımı demişdi. Azərbaycanın ən yaxşı həkimlərinin qəbulunda olmuşam. Ürəyimdə problem var, yaşım çoxdu, zəifləmişəm deyə, burda əməliyyatı heç kim öhtəsinə götürmədi. Türkiyəyə yenidən yoxlanmaq üçün gedəcəm. Bu gün gedəcəyim dəqiq deyil. Amma yaxın günlərdə mütləq getməliyəm. Türkiyədə yoxlanışdan keçəndən sonra əməliyyatın lazım olub-olmadığı dəqiqləşəcək. Hələ heç nə bilmirəm”.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin1/204010.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR