Silahlı Qüvvələr Günü bayramı münasibətilə “Açıq qapı” keçirilir

Silahlı Qüvvələr Günü bayramı münasibətilə “Açıq qapı” keçirilir
11:29 26 İyun 2017
47 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün saat 11:00-da Silahlı Qüvvələr Günü bayramı münasibətilə bütün hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün “Açıq qapı” təşkil olunur. Lent.az-ın Müdafiə Nazirliyinin saytına istinadən məlumatına görə, həmin gün ziyarətçilər, ictimaiyyət, kütləvi informasiya vasitələrinin nümayəndələri hərbi hissələrdə yaradılan yaşayış və məişət şəraiti ilə yaxından tanış olmaq, xidməti, inzibati binalara, eləcə də əsgər yataqxanaları və yeməkxanalarına baş çəkmək imkanı əldə edirlər.

 

 

Müxtəlif hərbi hissələrdə Silahlı Qüvvələrin bütün rəhbər heyətinin iştirakı ilə keçirilən “Açıq qapı” günündə valideynlərlə görüşlər təşkil olunur, onları maraqlandıran məsələlərin müzakirəsi aparılacaq, konsert proqramları və digər mədəni-kütləvi tədbirlər keçirilir.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/277858

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR