İtaliya hökuməti 2 bankın xilas edilməsinə 19 mlrd. dollar ayırıb

İtaliya hökuməti 2 bankın xilas edilməsinə 19 mlrd. dollar ayırıb
11:32 26 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 26 iyun. REPORT.AZ/ İtaliya hökuməti 2 regional bankın xilas edilməsinə 17 mlrd. avro (19 mlrd. ABŞ dolları) vəsait ayırmağa hazır olduğunu açıqlayıb. 
"Report" "Vestifinance.ru" saytına istinadən xəbər verir ki, "Veneto Banca" və Banca Popolare di Vicenza"nın aktivləri "pis" və "yaxşı" aktivlərə ayrıldıqdan sonra "yaxşı" aktivləri "İntesa Sanpaolo" bankına keçəcək.
Qeyd edək ki, adı çəkilən hər iki bank son illərdə maliyyə çətinliyi ilə üzləşib və Avropa Mərkəzi Bankının (ECB) tələblərini yerinə yetirə bilməyib.
İtaliya hökumətinin ayırdığı 17 mlrd. avroluq vəsaitin hüquqi risklərin ardan qaldırılmasına, sağlamlaşdırılmış bankların restrukturizasiyasına və kadr xərclərinə sərf olunacağ bildirilib. Vəsaitin təxminən 5,2 mlrd. avro (6,24 mlrd. dollar) hissəsi "İntesa" bankına, təxminən 12 mlrd. avrosu isə (13,44 mlrd. dollar) dövlət zəmanətləri ilə yanaşı "İntesa" bankının mənfi təsirlərdən qorunmasına yönləndiriləcəyi qeyd olunub. 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/i-taliya-hokumeti-2-bankin-xilas-edilmesine-19-mlrd-dollar-ayirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR