Mourinyonun atası vəfat edib

Mourinyonun atası vəfat edib
11:37 26 İyun 2017
49 İdman
Ölkə mətbuatı
A- A+

"Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyonun ailəsində ağır itki baş verib. 

 

Fanat.Az xəbər verir ki, onun atası Feliks Mourinyo dünyasını dəyişib. "A Bola"nın yaydığı xəbərə görə, mərhum 79 yaşında vəfat edib.


Qeyd edək ki, gənclik illərində qapıçı kimi çıxış edən Feliks karyerasına başladığı "Vitoriya" ilə 2 dəfə Portuqaliya Kubokunu qazanıb. Daha sonra o, 1968 - 1974-cü illərdə "Belenensiş"də çıxış edib. 1981/1982-ci illərdə "Riu Ave"də,  1982/1983-cü illərdə "Belenensiş"də köməkçi-məşqçi və baş məşqçi olub. Həmin vaxt Joze Mourinyo atasının rəhbərliyi altında çıxış edib.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-mourinyonun-atas-vfat-edib-t58912.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR