Nazarovun komandasından fantastik qələbə: 24:0!

Nazarovun komandasından fantastik qələbə: 24:0!
11:42 26 İyun 2017
60 İdman
Ölkə mətbuatı
A- A+

Yay fasiləsindən istifadə edən bəzi klublar sınaq matçlarında qüvvələrini sınayırlar.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, milli komandamızın oyunçusu Dmitri Nazarovun komandası "Erzgebirge" də yoxalama oyununa çıxıb.

Aue şəhərinin təmsilçisi həmşəhərliləri "Saksonia Bernsbax"la qarşılaşıb. Görüş fantastik hesabla başa çatıb.
 
"Erzgebirge" hər hissədə 12 qol vuraraq 24:0 hesablı qələbə qazanıb.
 
Dmitri Nazarov milli komandanın oyunundan sonra istirahətə buraxıldığı və komandaya qoşulmadığı üçün matçda iştirak etməyib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/557695.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR