15 il, 11 turnir, 10 yarımfinal

15 il, 11 turnir, 10 yarımfinal
11:52 26 İyun 2017
61 İdman
Ölkə mətbuatı
A- A+

Konfederasiyalar Kubokunda Almaniya B qrupunu lider kimi tamamlayaraq yarımfinala yüksəlib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bundestim bununla da özünəməxsus maraqlı göstəriciyə imza atıb.

Belə ki, Rusiyadakı turnirdə finalın bir addımlığına gələrək uğurlarına daha birini əlavə edən almanlar bu göstəricidə unikal rekord müəyyənləşdirib.
 
Hazırda Yoahim Lövün çalışdırdığı komanda 2002-ci ildən bu yana 15 ildə çıxış etdiyi 11 turnirin 10-da yarımfinala yüksəlməyi bacarıb.
 
Bu müddətdə Almaniya millisi DÇ-2002-də gümüş, DÇ-2006-da bürünc, AÇ-2008-də gümüş, DÇ-2010-da bürünc, DÇ-2014-də isə qızıl medal qazanıb, AÇ-2012 və AÇ-2016-da isə yarımfinal mərhələsində çıxış edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/557697.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR