Bakıda hərbi orkestrlərin çıxış edəcəkləri yerlər açıqlanıb

Bakıda hərbi orkestrlərin çıxış edəcəkləri yerlər açıqlanıb
11:57 26 İyun 2017
43 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 26 iyun. REPORT.AZ/ Azərbaycanda Silahlı Qüvvələr Günü bayramı münasibətilə bu gün saat 17:00-dan 19:00-dək Bakı şəhərinin müxtəlif yerlərində hərbi orkestrlərin çıxışları olacaq.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, orkestrlər 6 ünvanda çıxış edəcəklər:
Bunlar Dənizkənarı Milli Park (Azadlıq meydanın qarşısındakı fəvvarələrin önü), Dənizkənarı Milli Park (Az.Neft meydanı qarşısındakı Dövlət Bayrağının önü), Əhmədli qəsəbəsində Ukrayna dairəsi yaxınlığındakı Heydər Əliyev parkı, Zərifə Əliyeva parkı, Zabitlər parkı və Fəvvarələr meydanıdır.

Xəbərin orijinal ünvanı: https://report.az/herbi/bakida-herbi-orkestrlerin-cixis-edecekleri-yerler-aciqlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR