Mourinyoya ağır itki

Mourinyoya ağır itki
12:05 26 İyun 2017
52 İdman
Ölkə mətbuatı
A- A+

"Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyoya ağır itki üz verib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssisin atası Feliks Mourinyo 79 yaşında dünyasını dəyişib.

F.Mourinyo gənclik illərində qapıçı kimi çıxış edib. F.Mourinyo karyerasına başladığı "Vitoriya" ilə 2 dəfə Portuqaliya Kubokunu qazanıb. Daha sonra o, 1968 - 1974-cü illərdə "Belenensiş"də çıxış edib.

F.Mourinyo 1981/1982-ci illərdə "Riu Ave"də,  1982/1983-cü illərdə "Belenensiş"də köməkçi-məşqçi və baş məşqçi olub. Həmin vaxt Joze Mourinyo onun rəhbərliyi altında çıxış edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/557702.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR