Araz çayında boğulan yeniyetmənin cəsədi sudan çıxarılıb

Araz çayında boğulan yeniyetmənin cəsədi sudan çıxarılıb
12:17 26 İyun 2017
66 Ölkə
Ölkə mətbuatı
A- A+

İmişli. 26 iyun. REPORT.AZ/ Araz çayının İmişli rayonundan keçən hissəsində boğulan yeniyetmənin cəsədi sudan çıxarılıb.
“Report”un Aran bürosu xəbər verir ki, İmişli şəhər sakini, 17 yaşlı Bəhruz Qəzənfər oğlu Mahmudovun cəsədi batdığı yerdən təxminən 100 metr aralıda Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, Bəhruz Məmmədov ötən gün günorta saatlarında Araz çayı üzərindəki körpünün yaxınlığında çimərkən suda boğulub.







Xəbərin orijinal ünvanı: https://report.az/hadise/araz-cayinda-bogulan-yeniyetmenin-cesedi-sudan-cixarilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR