Qazaxıstan prezidenti Nursultan Nazarbayev yanvarın 9-da Almaniya baş naziri Angela Merkel ilə danışıqlar aparmaq üçün Berlinə işgüzar səfərə gedəcək.
ANS PRESS-in məlumatına görə, bu barədə Almaniya hökumətinin rəsmi nümayəndəsi Şteffen Zaybert bildirib.
O deyib ki, danışıqların əsas mövzusu Ukraynada böhranı və Astanda "Norman formatında" baş tutacaq Rusiya-Ukrayna-Almaniya-Fransa görüşünə hazırlıq məsələləri olacaq: "Mən hələ dəqiq deyə bilmərəm ki, yanvarın 15-də nəzərdə tutulan Astana görüşü necə olacaq. Əhəmiyyətli odur ki, konkret nəticələr əldə edilsin."
Xatırladaq ki, həmin gün Berlində Rusiyanın, Ukraynanın, Almaniyanın və Fransanın xarici işlər nazirlərinin Ukrayna böhranının nizama salması üzrə telekonfransın təşkili planlaşdırılır.