Qubada iki avtomobil toqquşub, ölən və xəsarət alan var

Qubada iki avtomobil toqquşub, ölən və xəsarət alan var
12:22 26 İyun 2017
55 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 26 iyun. REPORT.AZ/ Ötən gecə Qubada baş verən yol qəzasında bir nəfər ölüb, bir nəfər xəsarət alıb. 
"Report" Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, ötən gecə Quba rayonunun Nərimanabad kəndi ərazisində rayon sakinləri Elgün Hüseynovun idarə etdiyi "Opel" və Seyhun İsayevin idarə etdiyi "VAZ-21074" markalı avtomobillər toqquşduqdan sonra hər iki nəqliyyat vasitəsi yolun kənarında dayanmış "Volksvagen" və "Mitsubishi" markalı avtomobillərə dəyib.
Nəticədə E.Hüseynov hadisə yerində ölüb, S.İsayev isə xəstəxanaya yerləşdirilib.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/qubada-iki-avtomobil-toqusub-olen-ve-xesaret-alan-var

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR