Qubada ana və qızını maşın vurub - Qız öldü

Qubada ana və qızını maşın vurub - Qız öldü
12:32 26 İyun 2017
39 Ölkə
Ölkə mətbuatı
A- A+

Qubada iki piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib. 

Milli.Az DİN-in saytına istinadən xəbər verir ki, hadisə iyunun 24-də Quba rayonunun Gədiy kəndi ərazisində baş verib.

Rəşad Qələmiyev idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən kənd sakinləri Aynurə Xudaverdiyevanı və onun qızı Nazlını vurub. Nəticədə hər iki piyada xəstəxanaya yerləşdirilib, Nazlı orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/557724.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR