Taliban su anbarına hücum etdi: 10 polis öldürüldü

Taliban su anbarına hücum etdi: 10 polis öldürüldü
13:12 26 İyun 2017
47 Dünya
Ölkə mətbuatı
A- A+

Taliban terror qruplaşması Əfqanıstanın qərbində Herat şəhərində Səlma anbarının təhlükəsizliyini təmin edən polislərə silahlı hücum təşkil edib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu haqda məlumatı Herat valisinin sözçüsü Ceyrani Fərhad verib.

Hücum zamanı 10 polis həlak olub, 1 polis yaralanıb. Fərhad qarşıdurmada 4 terrorçunun da öldürüldüyünü deyib.

Qeyd edək ki, Hindistanın köməyilə inşa olunan Səlma anbarı keçən il fəaliyyətə başlayıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/557741.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR