Bakının "Formula 1"lə əlaqədar bağlanan mərkəzi küçələri bu axşam açılacaq

Bakının "Formula 1"lə əlaqədar bağlanan mərkəzi küçələri bu axşam açılacaq
14:05 26 İyun 2017
27 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda "Formula 1" Azərbaycan "Qran-prisi" ilə əlaqədar bağlanan mərkəzi küçələrdə bu gün axşamdan nəqliyyatın hərəkəti bərpa ediləcək. 

Bu barədə APA-ya Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən bildirilib. Qeyd olunub ki, hazırda həmin küçələrdə quraşdırılmış avadanlıqlar yığışdırılır: "Axşam saatlarından mərkəzi küçələr nəqliyyatın hərəkəti üçün açılacaq".
 
Qeyd edək ki, "Formula 1" yarışları ilə əlaqədar iyunun 19-dan Azadlıq meydanından başlayaraq Puşkin, Xəqani, Bülbül küçələri, Zərifə Əliyeva prospekti, Rəsul Rza küçəsi, Neftçilər prospekti, Əziz Əliyev küçəsi, Qoşa Qala qapısı-Gənclər meydanı, İstiqlaliyyət küçəsi, Niyazi küçəsi, Azneft meydanı, Neftçilər prospekti və bu istiqamətlərdə avtomobillərin hərəkəti məhdudlaşdırılıb.  

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/557749.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR