"Eintracht"ın məşqçisi Renatın Azərbaycanı seçməsi barədə danışdı

"Eintracht"ın məşqçisi Renatın Azərbaycanı seçməsi barədə danışdı
14:12 26 İyun 2017
56 İdman
Ölkə mətbuatı
A- A+

Almaniyanın "Eintracht" klubunun U-19 komandasının baş məşqçisi Aleksandr Şur Azərbaycan millisinin üzvü olan gənc hücumçu Renat Dadaşov barədə danışıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, baş məşqçi deyib: "Renat yaxşı potensiala və üstün cəhətlərə malikdir. O, rəqib müdafiəçiləri daim təzyiq altında saxlayır, hava toplarında da təhlükəlidir. "Tipik hücumçu" anlayışı Dadaşovun oyununa uyğun gəlir. Renat cərimə meydançasında özünü soyuqqanlı aparır. U-19 komandası ilə son 6 ayda oynadığı 10 qarşılaşmada 7 qol vurdu və 3 məhsuldar ötürmə etdi. Dadaşov daim çalışmalı və özünü təsdiq etməlidir. Yəqin ki, böyük hədəfləri də var. Renat müsahibələrinin birində demişdi ki, kumiri Kərim Benzema və Zlatan İbrahimoviçdi".

Şur Dadaşovun millimizi seçməsindən də danışıb: "Renat Rüdeşaymda doğulsa da, Azərbaycan əsilli olduğu üçün tarixi vətəninin millisini seçdi. O, qardaşı Rüfət Dadaşovun yolu ilə getdi. Çünki o da Azərbaycan yığmasında oynayıb. Amma Renat daha istedadlıdır".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/557731.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR