Heydər Əliyev Mərkəzinin parkında taekvondo dərsi olub

Heydər Əliyev Mərkəzinin parkında taekvondo dərsi olub
14:42 26 İyun 2017
30 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 26 iyun. REPORT.AZ/ Heydər Əliyev Mərkəzinin parkında bu həftəsonu açıq havada növbəti idman dərsi təşkil edilib.
Mərkəzin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, budəfəki dərs taekvondo üzrə olub.
Dərsi taekvondo üzrə 2 dəfə Avropa çempionu, Dünya Kubokunun bürünc mükafatçısı, 14 dəfə respublika çempionu, 25 dəfə beynəlxalq turnirlərin qızıl mükafatçısı, Əməkdar İdman Ustası İlkin Şahbazov aparıb.
5-16 yaş arasında uşaq və yeniyetmələrin qoşulduğu dərs master-klass formatında 1 saatdan artıq davam edib, iştirakçılara müxtəlif tövsiyyələr verilib.








Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/heyder-eliyev-merkezinin-parkinda-taekvondo-dersi-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR