"Sonata" ilə "07" toqquşdu: 17 yaşlı sürücü öldü

"Sonata" ilə "07" toqquşdu: 17 yaşlı sürücü öldü
14:52 26 İyun 2017
61 Ölkə
Ölkə mətbuatı
A- A+

Ağdaşda yol qəzası baş verib.

Milli.Az-ın report-a istinadən xəbərinə görə, hadisə rayonun Pirəzə və Ağzıbir kəndləri arasında qeydə alınıb.

Həmin ərazidə "Hyundai-Sonata " və "VAZ-2107" markalı avtomobillər toqquşub.

Qəza nəticəsində 4 nəfər xəsarət alıb. Onlar Ağdaş Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Xəsarət alanlardan biri dünyasını dəyişib.
Məlumata əsasən, "VAZ-2107" markalı avtomobilin sürücüsü, Ağdaş rayonunun Qaraoğlan kənd sakini 17 yaşlı Məmmədov Turan Xaləddin oğlu qəza zamanı aldığı xəsarətlərdən ölüb.

Həkimlər digər yaralıların vəziyyətini orta-ağır kimi qiymətləndiriblər.

Xəsarət alan şəxslərin hamsı Ağdaş rayonunun Qaraoğlan kənd sakinləridir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/557763.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR