“www.esgeremektub.com” məktubları әsgәrlәrә çatdırdı

“www.esgeremektub.com” məktubları әsgәrlәrә çatdırdı
15:04 26 İyun 2017
59 Digər
Ölkə mətbuatı
A- A+

Vətəndaşların “www.esgeremektub.com” saytı vasitəsi ilə yazdığı mәktublar Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 99 ildönümü münasibətilə Müdafiə Nazirliyinin "N" saylı hərbi hissədə keçirilən tədbir çərçivəsində әsgәr və zabitlərə çatdırılıb.
 
Keçmiş döyüşçü, APA İnformasiya Agentliyinin baş direktoru, “APA Holding”in Direktorlar Şurasının sədri Nurşən Quliyev tədbirdə çıxış edərək belə bir layihəni ərsəyə gətirməkdə məqsədin Silahlı Qüvvələr gününə töhfə vermək olduyğunu deyib.
 
"İstədik ki, ordu günündə vətəndaşların arzularını, ürək sözlərini əsgərlərimizə çatdıraq. Qısa müddət ərzində vətəndaşlardan sayta minlərlə məktub yazıldı. Məktublardan görünür ki, bütün ölkə, bütün vətəndaşlar əsgərlərimizlə, ordumuzla nəfəs alır, onlarla qürur duyur. Bu məktublar fərdi şəkildə konkret olaraq hansısa əsgərə ünvanlanmasa da, həm də elə hər bir əsgərə göndərilmiş məktublardır. Bu məktublar həm də vətəndaşlarımızla ordumuzun bir, ayrılmaz olduğunu göstərir", - deyə N. Quliyev qeyd edib.
 
N. Quliyev daha sonra məktublar arasında seçdiyi üç məktubu şəxsi heyət qarşısında oxuyub. Bunun ardınca məktublar əsgər və zabitlərə paylanıb.
 
Qeyd edək ki, Silahlı Qüvvələr günü münasibətilə bütün hərbi hissələrdə olduğu kimi, bu hərbi hissədə də "Açıq qapı" günü keçirilib.
 
"Açıq qapı" günündə valideynlərin əsgər övladları ilə görüşü bə bayram konserti təşkil olunub.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/277874

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR