Xalq artisti Qəndab Quliyeva vəfat edib (FOTO)

Xalq artisti Qəndab Quliyeva vəfat edib (FOTO)
15:29 26 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Xalq artisti Qəndab Quliyeva 68 yaşında vəfat edib.

Trend-in məlumatına görə, mərhum sabah Binə kənd qəbiristanlığında dəfn olunacaq.

Qeyd edək ki, Qəndab Quliyeva bir neçə gün əvvəl ürək, böyrək çatışmazlığı diaqnozu ilə Respublika Müalicəvi Diaqnostika Mərkəzinin reanimasiyasına yerləşdirilmişdi.

1981-ci ildən Azərbaycan Dövlət Opera və Balet Teatrında solist kimi fəaliyyət göstərən Qəndab Quliyeva Leyli (“Leyli-Məcnun”), Əsli (“Əsli və Kərəm”), Ərəbzəngi (“Şah İsmayıl”), Şahsənəm ("Aşıq Qərib”), Gülbahar (“Gəlin qayası”), Xanəndə qız (“Vaqif”) rollarını yaradıb.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/culture/2770963.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR