İŞİD Trampa HÜCUM ETDİ

İŞİD Trampa HÜCUM ETDİ
15:33 26 İyun 2017
90 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Ohayo ştatında kompüterlər İŞİD terror təşkilatının kiber hücumuna məruz qalıb.

Publika.az xəbər verir ki, ştat valise Con Kasiçin saytı ilə yanaşı bir çox sayt hücuma məruz qalanlar sırasındadır.

Hədəf alınan saytların səhifələrində ABŞ prezidenti Donald Trampı təhdid edən və terror təşkilatı İŞİD-i dəstəkləyən mesajlar yerləşdirilib.

“Donald Tramp müsəlman ölkələrində axıdılan hər damla qan üçün cavab verəcək. İŞİD-i sevirəm” kimi ifadələr hücum olunan saytlarda yerləşdirilib. Kiber hücum “Team System DZ” adlı qrup tərəfindən həyata keçirilib.

Gülxar


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/204029.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR