“www.esgeremektub.com” məktubları Beyləqanda əsgərlərə çatdırılıb

“www.esgeremektub.com” məktubları Beyləqanda əsgərlərə çatdırılıb
15:39 26 İyun 2017
68 Digər
Ölkə mətbuatı
A- A+

26 İyun -  Azərbaycan Silahlı Qüvvələri Günü münasibəti ilə Beyləqan rayonu ərazisində yerləşən “N” saylı hərbi hissədə “Açıq qapı” günü keçirilib.
 
APA-nın Qarabağ bürosunun xəbərinə görə, “Açıq qapı” günü çərçivəsində “esgeremektub.com” saytı vasitəsilə vәtәndaşların yazdığı məktublar əsgərlərə təqdim olunub.
 
Tədbirdə Xocavənd rayon İcra Hakimiyyətinin nümayəndələri, millət vəkili Adil Əliyev, “esgeremektub.com” saytının təmsilçiləri, bir qrup keçmiş döyüşçü və jurnalistlər, əsgərlərin ailə üzvləri  iştirak edib.
 
Ziyarətçilər hərbi hissədə məişət şəraiti ilə tanış olublar. Eyni zamanda əsgər yeməkxanasında əsgərlərlə birgə nahar ediblər.
 
Əsgər valideynləri hərbi hissədə yaradılan şəraitdən məmnun qaldıqlarını bildiriblər.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/277877

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR