Gürcüstanın məşhur teleaparıcısı Tbilisi meri vəzifəsinə namizəd olub

Gürcüstanın məşhur teleaparıcısı Tbilisi meri vəzifəsinə namizəd olub
15:47 26 İyun 2017
40 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 26 iyun. REPORT.AZ/ Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin yaratdığı və lideri olduğu "Vahid Milli Hərəkət" Partiyası Tbilisi meri vəzifəsinə "Rustavi-2" televiziyasının məşhur aparıcısı, kanalın baş direktorunun müavini Zaala Udumaşvilinin namizədliyini irəli sürüb. 
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, hazırda Gürcüstanda müxalifətdə olan partiya Z.Udumaşvilinin seçkidə qalib gələcəyinə böyük ümid bəsləyir.  
Z.Udumaşvili namizəd olduqdan sonra Ukrayna paytaxtı Kiyevə gedib və orada M.Saakaşvili ilə görüşüb. Hazırda Ukrayna vətəndaşı olan və barəsində Gürcüstada cinayət işi başladılan, bu səbəbdən Tbilisiyə dönə bilməyən keçmiş prezident teleaparıcının namizədliyini tam dəstəkləyib. 
"Mən Tbilisinin xilası uğrunda mübarizəyə qoşuluram. Uzun illərdir ki, siz ölkədə baş verən hadisələr barədə mənim vasitəmlə məlumat alırsınız. İndi sizin səsinizi eşitmək vaxtı gəlib", - deyə Z.Udumaşvili seçicilərə ünvanlanan bəyanatında bildirib.

Xəbərin orijinal ünvanı: https://report.az/region/gurcustanin-meshur-teleaparicisi-tbilisi-meri-vezifesine-namized-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR