"Sevgi insanı yerdən-yerə vurur" - Tünzalə - VİDEO

"Sevgi insanı yerdən-yerə vurur" - Tünzalə - VİDEO
16:22 26 İyun 2017
71 Şou
Ölkə mətbuatı
A- A+

İnsanı yerdən-yerə vuran, incidən sevgidir. Kədər yaşamışam. Aşiq olmaq səni səndən alır. Sevginin ağlı, məntiqi, riyaziyyatı olmur. Ağıl ora girmir. Nəhayət, bunu anlamışam.

Milli.Az-ın axşam.az-a istinadən məlumatına görə, bu sözləri əməkdar artist Tünzalə Ağayeva "ATV Maqazin onlarla" verilişində deyib. 

Müğənni sevgidən danışıb, etiraflar edib:

"Eşq hisslərini yaşamışam, amma ayrılıq yaşamamışam. Ondan qorxuram. Sevdiyim insanları itirməkdən qorxuram. Hamımızın həyatından kimsə gedir. Biz də kimlərinsə həyatından gedirik. O anda hansı halda olacağıq bilmirik. Allahdan arzum odur ki, mən də həmin an güclü olum, dayana bilim. Bəlkə də dostların səni bir gün yaddan çıxaracaqlar. Buna alışmaq lazımdır". 

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/557787.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR