Türkiyəli deputat Ramazan bayramı günü AŞPA-nın iclasının keçirilməsinə etiraz edib

Türkiyəli deputat Ramazan bayramı günü AŞPA-nın iclasının keçirilməsinə etiraz edib
16:37 26 İyun 2017
51 Ölkə
Ölkə mətbuatı
A- A+

Strasburq. 26 iyun. REPORT.AZ/ Fransanın Strasburq şəhərində Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyası başlayıb.
"Report"un Fransa bürosunun verdiyi xəbərə görə, sessiyanın birinci günü Türkiyə nümayəndə heyətinin üzvü bu gün müsəlman aləmində müqəddəs Ramazan bayramının qeyd olunduğunu sessiyası iştirakçılarının nəzərinə çatdırıb.
O, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sessiyasının işinin bu bayran gününə salınmasına öz etirazını bildirib. Türkiyə nümayəndə heyətinin üzvü xristianların dini bayramında olduğu kimi Ramazan bayramı zamanı da Avropa Şurasının fəaliyyətinə fasilə verilməsi təklifi ilə çıxış edib.

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/turkiyeli-deputat-ramazan-bayrami-gunu-aspa-nin-iclasinin-kecirilmesine-etiraz-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR