Bakıda top mərmisi tapıldı - FOTO

Bakıda top mərmisi tapıldı - FOTO
16:47 26 İyun 2017
24 Ölkə
Ölkə mətbuatı
A- A+

Sabunçu rayonunda Gülçülük savxozu adlanan ərazidə 1 bağçılıq sahəsinə baxış keçirilib.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Milli.Az-a verilən məlumata görə, baxış zamanı 1 ədəd 76 mm-lik top mərmisi (OF-350) aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb.

(Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzinin məlumatı)

Ümumilikdə agentlik tərəfindən yanvar 1-dən bu günədək respublika ərazisində 5 780 ədəd partlamamış hərbi sursat, 191 ədəd tank əleyhinə mina və 30 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/557789.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR