Rusiyanın 95 yaşlı tanınmış aktyoru poliklinikanın pilləkənindən yıxılaraq xəsarət alıb

Rusiyanın 95 yaşlı tanınmış aktyoru poliklinikanın pilləkənindən yıxılaraq xəsarət alıb
17:12 26 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 26 iyun. REPORT.AZ/ Rusiyanın tanınmış aktyoru, SSRİ xalq artisti Vladimir Etuş xəstəxanaya yerləşdirilib.
"Report" "İnterfaks"a istinadən xəbər verir ki, aktyor müayinə üçün Moskvada poliklinikaya gedib. 
O, poliklinikanın pilləkənini qalxan zaman yıxılıb. Həmin vaxt V.Etuşun həyat yoldaşı onun yanında olub. Lakin xanımı aktyorun yıxılmasına mane ola bilməyib. 
95 yaşlı V.Etuş Moskva xəstəxanalarından birinin reanimasiya şöbəsinə yerləşdirilib. 
Qeyd edək ki, aktyor teatrda fəaliyyətini davam etdirir. V.Etuş yıxıldığına görə onun iştirakı ilə olan tamaşalar taxirə salınıb.

Xəbərin orijinal ünvanı: https://report.az/i-ncesenet/rusiyanin-95-yasli-taninmis-aktyoru-poliklinikanin-pillekeninden-yixilaraq-xesaret-alib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR