Məşhur aktyor reanimasiyaya yerləşdirildi

Məşhur aktyor reanimasiyaya yerləşdirildi
17:22 26 İyun 2017
Ölkə mətbuatı
A- A+

95 yaşlı aktyor Vladimir Etuş Moskvada reanimasiyaya yerləşdirilib.

Milli.Az-ın Trend-ə istinadən məlumatına görə, onun poliklinikanın pilləkənindən yıxılaraq zədə aldığı bildirilir. Vladimir Etuşun çalışdığı Vaxtanqov adına Moskva teatrının direktoru qeyd edib ki, sabah təqdim olunacaq tamaşada o, digər aktyorla əvəz olunacaq.

Kəskin xarakterli və komik rolların mahir ifaçısı olan Vladimir Etuşun ən məşhur rolları Leonid Qaydayın "Qafqaz əsiri və ya Şurikin yeni macəraları", "12 stul", "İvan Vasilyeviç peşəsini dəyişir" kimi komediyalarında olub.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/557800.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR