Könüldən barışıq addımı: "Bu gün də görsəm, onunla salamlaşaram, qucaqlayıb öpərəm" - FOTO

Könüldən barışıq addımı: "Bu gün də görsəm, onunla salamlaşaram, qucaqlayıb öpərəm" - FOTO
17:32 26 İyun 2017
130 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni Könül Kərimova bir zamanlar yaxın dost olduğu Elxan Şirinovla Cabbar Musayev arasındakı qalmaqala münasibət bildirib. O, Milli.Az-a açıqlamasında bunları deyib:

"Cabbar Musayevlə Elxan Şirinov çox yaxın dost olublar. O, Cabbara görə mənimlə də danışmır. Onlar arasında qalmaqal olanda qarışmadım. Fikirləşdim ki, özləri bilərlər. Amma mən bu gün də Elxan Şirinovu görsəm, salamlaşaram, qucaqlayıb öpərəm. Məndə kin yoxdur. Biz və digər müğənnilər Elxan Şirinovun mahnıları ilə tanınmışıq, onları uzun müddət oxumuşuq. Ən azından o mahnılara görə onunla danışaram", - müğənni bildirib.

Əli Rəhimoğlu
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/557799.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR