“Formula-1”: Münaqişədə Hamilton günahkar sayıldı

“Formula-1”: Münaqişədə Hamilton günahkar sayıldı
17:34 26 İyun 2017
38 Digər
Ölkə mətbuatı
A- A+

“Bu toxunuş Luis tərəfindən bilərəkdən edildi. Fettel təəccüblənmiş və təxribata çəkilmişdi”. Apasport.az saytının məlumatına görə, bunu “Red Bull” komandasının məsləhətçisi Helmut Marko deyib.
 
“Formula-1” üzrə Azərbaycan Qran-prisində Luis Hamiltonla (“Mercedes”) Sebastyan Fettel (“Ferrari”) arasında münaqişə yaşanıb. Bu pilotlardan ikincisi təhlükəsizlik avtomobili trasdan çıxan zaman Hamiltonun bolidini arxadan vurub.
 
Fettel hesab edir ki, rəqibi avtomobilini bilərəkdən saxlayıb ki, arxadan onu vursunlar. O, bu səbəbdən qabağa keçərək, Hamiltonun bolidinə yandan da toxunub.
 
Buna münasibət bildirən Marko Hamiltonu günahkar sayıb: “Nəticədə Sebastyan qəzəblənib, qisas almağa qərar verdi. Sürücülərin de emosiyaları olmalidi. Biz razı qalmalıyıq ki, təkcə texniki qaydalara deyil, həm də insanların emosiyalarına şahid oluruq. Fettelin cəriməsi də normaldı. Hadisə aşağı sürətlə gediş vaxtı olub və bu qalmaqal seyfti-karin arxasında olub”.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/277881

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR