Baş nazir: "Hindistan tez bir zamanda ABŞ-a bənzər ölkəyə çevriləcək"

Baş nazir: "Hindistan tez bir zamanda ABŞ-a bənzər ölkəyə çevriləcək"
17:52 26 İyun 2017
50 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 26 iyun. REPORT.AZ/ "Hindistan tez bir zamanda vətəndaşlar üçün yaşayış səviyyəsinə görə ABŞ-a bənzər ölkəyə çevriləcək".
"Report" TASS-a istinadən xəbər verir ki, bunu Hindistanın baş naziri Narendra Modi Vaşınqtonda ölkəsinin diaspor nümayəndələri ilə görüşündə deyib.
"Sizin uğurlarınızın təməlində burada yaşayış üçün yaxşı imkanların olması amili durur. Sizin kimi 1 milyarddan çox hindli öz ölkəsində qalıb. Onlar da ABŞ-dakı kimi imkanlara sahib olacaqlar. Tezliklə Hindistan inkişaf edəcək", - deyə N.Modi bildirib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/bas-nazir-hindistan-tez-bir-zamanda-abs-a-benzer-olkeye-cevrilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR