22 ildən sonra "Yuventus"u tərk etdi

22 ildən sonra "Yuventus"u tərk etdi
17:57 26 İyun 2017
54 İdman
Ölkə mətbuatı
A- A+

Paolo de Çelye "Yuventus"u tərk edib. 

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 30 yaşlı müdafiəçinin Turin klubu ilə sözləşməsi iyunun 30-da başa çatır. Tərəflər sözləşməni yeniləməmək qərarına gəliblər. 

Bununla da de Çelyenin 22 illik "Yuventus" karyerası başa çatıb. 

"Futbolda oyunçunun klubu ilə yeni müqavilə barədə razılığa gələ bilməməsi mümkün haldı. Zaman çatır və sən planlara daxil olmadığını anlayırsan. Mövsüm ərzində meydana çıxmamaq faciəvidir. Bunu heç kimə arzu etməzdim", - de Çelye bildirib. 

Qeyd edək ki, 30 yaşlı arxa xətt oyunçusu 2015/16 mövsümün icarə əsasında "Marsel"də keçirib. Ötən mövsüm Turinə qayıtsa da, bir dəfə də olsun meydana çıxmayıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/557698.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR