"Bizi məğlub etmək Portuqaliya üçün asan olmayacaq"

"Bizi məğlub etmək Portuqaliya üçün asan olmayacaq"
18:12 26 İyun 2017
56 İdman
Ölkə mətbuatı
A- A+

Çili millisinin baş məşqçisi Xuan Antonio Piççi Konfederasiyalar Kubokunun yarımfinalında Portuqaliyaya qarşı keçirəcəkləri oyundan danışıb. 

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 49 yaşlı mütəxəssis qeyd edib ki, Avropa çempionuna qarşı layiqli mübarizə aparacaqlar: 

"Bu, əla oyun olacaq. Bizi çox güclü rəqiblə gərgin mübarizə gözləyir. Portuqaliya millisi Avropa çempionudur. Onların heyətlərində çox yaxşı futbolçular cəmləşib. 

Rəqibin heyətində hər an istənilən oyunun taleyini dəyişə biləcək futbolçu var. Bütün bunlara baxmayaraq, bizi məğlub etmək Portuqaliya üçün asan olmayacaq. Bizim məqsədimiz finala yüksəlməkdir".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/557700.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR