Yoahim Löv üçün 2 "yüz"

Yoahim Löv üçün 2 "yüz"
19:05 26 İyun 2017
55 İdman
Ölkə mətbuatı
A- A+

Almaniya milli komandasının baş məşqçisi Yoahim Löv 100-lə bağlı 2 yubileyi birdən qeyd edib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Rusiyada keçirilən Konfederasiyalar Kubokunda son qrup matçında Kamerun yığması ilə oyun 56 yaşlı almaniyalı mütəxəssis üçün Bundestimin "sükanı arxası"nda 100-cü matç olub.

O, 2006-cı ildəki dünya çempionatından sonra baş məşqçisi olduğu millisində, eyni zamanda, 100-cü qələbəsini qazanıb. Bu, 3:1 hesabı ilə olub. 

Xatırladaq ki, Löv bu 11 ildə AVRO-2008-də gümüş, AVRO-2012, AVRO-2016, DÇ-2010-da bürünc və DÇ-2014-də qızıl medal qazanıb. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/557694.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR