La Liqaya yüksələn son komanda müəyyənləşdi

La Liqaya yüksələn son komanda müəyyənləşdi
19:12 26 İyun 2017
65 İdman
Ölkə mətbuatı
A- A+

İspaniya La Liqasının 2017/18 mövsümünə sonuncu vəsiqənin sahibi müəyyənləşib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, sonuncu xoşbəxt "Getafe" olub. Bu komanda elitaya vəsiqə uğrunda "Tenerife" ilə mübarizədən qalib ayrılıb. Bir neçə gün öncə səfərdə bu rəqibinə 0:1 hesabıyla uduzan Xetafe şəhərinin eyniadlı təmsilçisi doğma meydanda 3:1 hesablı qələbə sayəsində yenidən La Liqaya vəsiqə qazanıb.

Qeyd edək ki, daha öncə İspaniya 2-ci liqasında 1 və 2-ci pilləni tutan "Levante" ilə "Girona" La Liqanın 2017/18 mövsümündə mübarizə aparmaq hüququ qazanmışdı.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/557812.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR