Daşkəsəndə kabab çəkən gənc ehtiyatsızlıqdan özünü yandırıb

Daşkəsəndə kabab çəkən gənc ehtiyatsızlıqdan özünü yandırıb
19:42 26 İyun 2017
73 Ölkə
Ölkə mətbuatı
A- A+

Daşkəsən. 26 iyun. REPORT.AZ/ Daşkəsən rayonunun Xoşbulaq kəndində bədbəxt hadisə baş verib.
"Report"un Qərb bürosunun məlumatına görə, Gəncə şəhər sakini, 1993-cü il təvəllüdlü Qurbanov Xalıq Azər oğlu kabab çəkərkən ehtiyatsızlıqdan özünü yandırıb.
Xəstəxanaya yerləşdirilən yaralının vəziyyəti orta-ağırdır.
Dostlarının dediyinə görə, o, kömürü alışdırmaq üçün manqala benzin tökərkən yanacaq onun üzərinə də dağılıb. Nəticədə onu alov bürüyüb.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/daskesende-kabab-ceken-genc-ehtiyatsizliqdan-ozunu-yandirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR