Niyə kişilər özlərindən böyük qadınları seçir? - SƏBƏBLƏRİ

Niyə kişilər özlərindən böyük qadınları seçir? - SƏBƏBLƏRİ
19:52 26 İyun 2017
647 Maraqlı
Ölkə mətbuatı
A- A+

Bir çox kişilərin özlərindən yaşca böyük qadınlara üstünlük verməsi cəmiyyətdə birmənalı qarşılanmır. Bəs kişilərin nə üçün yetkin qadınlarla birlikdə olduqlarını bilirsinizmi? Milli.Az lent.az-a istinadən bunun bir neçə səbəbi ilə sizi tanış edir. 

Hormonlarına nəzarət edə bilərlər
 
Sevgiliniz sizdən yaşca böyükdürsə, emosional partlayışlarla qarşılaşmayacağınızdan əmin ola bilərsiniz. Yetkin qadınlar özlərini daha yaxşı idarə edə bildikləri üçün kişilərin üzərində emosional təzyiq yaratmırlar.
 
Yataqda nə etdiklərini bilirlər
 
Hər şeydə olduğu kimi yataqda da 1-0 önə keçirlər. Yetkin qadınların yataqda sizi təəccübləndirəcək davranışları və bunları nümayiş etdirəcək dərəcədə özünəinamı var.
 
Maniken kimi olmağı düşünmürlər
 
Bir çox kişini yetkin qadınların yaşlarından irəli gələn davranışları valeh edir. Məsələn, yetkin qadınlar da fiziki görünüşlərindən utanmırlar, maniken fiziki görünüşə sahib olmaq kimi dərdləri yoxdur. Özlərini olduqları kimi qəbul edirlər.
 
Münasibətdə sərbəstdirlər
 
Kişilərin ən nifrət etdiyi suallardan biri də "indi bizim münasibətimizin adı nədir?" sualıdır. Gənc qızlar bir neçə görüşdən sonra münasibətə ad qoymaq istəyirlər. Ancaq yetkin qadınlar belə etiketlərə ehtiyac duymurlar.
 
Daha sərbəstdirlər
 
Yetkin qadınlar karyera, ailə, pul, dostluq və s. mövzularda müstəqilliklərini elan etdikləri üçün kişini ehtiyac kimi görmürlər. Öz prioritetləri olduğu üçün heç bir kişinin qanadları altına girməyə ehtiyac duymurlar.
 
Nüfuzlarına güvənirlər
 
Nə istədiyini bilən qadın hər zaman münasibəti həyəcanlandıra bilir. Yetkin qadınların nüfuzu buna görə kişilərə seksual gəlir.
 
Kifayət qədər təcrübələri var
 
Eşq, həyat, münasibət, karyera, demək olar ki, hər mövzuda kifayət qədər təcrübəyə malik olan yetkin qadınlarla söhbət etmək hər zaman xoşdur. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/555604.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR