Axırıncı 5 ili onlar görüşmədilər... - FOTO

Axırıncı 5 ili onlar görüşmədilər... - FOTO
20:22 26 İyun 2017
Ölkə mətbuatı
A- A+

25 il öncə, 15 iyun 1992-ci ildə böyük alim-şərqşünas, tarixçi-etnoqraf, şair-tərcüməçi, əməyi uzun zaman qiymətləndirilməyən Lev Qumilyov dünyadan köçdü. Onun bütün ömrü demək olar ki "övlad atasına görə cavab vermir" fraziologizmini təkzib etməklə keçdi.

Milli.Az bildirir ki, valideynlərindən miras olaraq ona şöhrət və tanınma deyil, məhz repressiyalar və təqiblər qaldı: atası Nikolay Qumilyov 1921-ci ildə güllələndi, anası Anna Axmatova isə bədnam şair oldu. 13 yaşından sonra düşərgələrdəki ümidsizlik və elmi məşğuliyyətin qarşısındakı daimi maneələri keçmək olduqca çətin idi. Bir də anası ilə gərgin münasibətləri bura əlavə etsək, problemlər dərinləşirdi.

1 oktyabr 1912-ci ildə Anna Axmatova və Nikolay Qunilyovun Lev adlı oğlu dünyaya gəlir. Elə həmin il Axmatovanın "Axşam" adlı şeirlər toplusu işıq üzü görür. 2 il sonra isə "Təsbeh" adlı kitab onu tanıdır və ədəbiyyatın ön sıralarına çəkir. Qayınanası Annaya oğlunun tərbiyəsi üçün öz yanında qalmasını təklif edir, əsaslandırır ki, siz cavansız və işiniz kifayət qədər çoxdur. Axmatova razılaşır, sonradan biləcəkdi ki, bu, onun ölümcül səhvi idi. 16 yaşına qədər Lev "xeyir mələyi" adlandırdığı nənəsi ilə böyüyür, anasını nadir hallarda görür.

Onun valideynləri qısa zamanda ayrıldılar və 1921-ci ildə Lev öyrənir ki, Nikolay Qumilyovu əksinqilabi planlara görə güllələyiblər. Elə həmin il anası Anna onu ziyarət edir, lakin sonradan 4 il onun üzünü görmür. "Mən başa düşdüm ki, heç kəsə lazım deyiləm", - Lev ümidsizliklə yazırdı. O, anasını onu tək qoyduğu üçün bağışlaya bilmirdi. Bundan əlavə Levin bibisi onda elə təəssürat yaratmışdı, sanki ata ideal, ana isə yetimi taleyin ümidinə atan "pis ana" idi.

Axmatovanın bir çox tanışı iddia edirdilər ki, məişətdə şair çox gücsüz idi və heç özünün də qeydinə qala bilmirdi. Onun əsərlərini çap etmirdilər, çox möhtac şəraitdə yaşayırdı və düşünürdü ki, oğluna nənəsi ilə qalmaq daha yaxşıdır. Levin universitetə daxilolma vaxtı çatanda onu özü ilə Leninqrada apardı. Həmin ərəfədə Axmatova Nikolay Punin adlı şəxslə ailə qurur, lakin kişinin keçmiş arvadı və qızı ilə eyni kommunal mənzildə yaşamağa məcbur olur. Qumilyovun hüquqları isə lap məhdudlaşır, o, dəhlizdə sandığın üstündə yatır. Və təbii ki bu ailədə Lev özünü özgə kimi görür.

Sosial mənşəyinə görə Qumilyovu universitetə qəbul etmirlər və o məcbur olur bir sıra peşəyə yiyələnsin: tramvay deposunda fəhlə, geoloji ekspedisiyalarda işçi, kitabxanaçı, arxeoloq, muzey işçisi və s. Nəhayət, 1934-cü ildə ona Leninqrad Dövlət Universitetinin tarix fakültəsinin tələbəsi olmaq qismət olur. Amma 1 ildən sonra onu həbs edirlər. Tezliklə cinayət sübutlarının kifayət qədər olmaması səbəbindən onu azadlığa buraxırlar və 1937-ci ildə universitetə bərpa olunur. Lakin bu sevinc də uzun çəkmir, 1938-ci ildə onu yenidən terrorizm və antisovet fəaliyyəti adı ilə həbs edirlər. Bu dəfə ona 5 il Norilsk türməsində həbs kəsilir.

Həbs müddəti bitəndən sonra 1944-cü ildə Lev Qumilyov cəbhəyə yollanır və müharibənin sonuna qədər sadə əsgər olaraq vuruşur. 1945-ci ildə Leninqrada qayıdır, universitetə yenidən bərpa olunur, aspiranturaya qəbul olur və artıq 3 ildən sonra tarix üzrə namizədlik disertasiyasını müdafiə ede bilir. 1949-cu ildə hər hansı bir səbəb göstərilmədən, heç nədə ittiham etmədən onu yenidən həbs və 10 il müddətə azadlıqdan məhrum edirlər. Yalzın 1956-cı ildə onu nəhayət azadlığa buraxırlar və bəraət verirlər.

Bu vaxt Anna Axmatova Moskvada yazıçı Viktor Ardovun evində yaşayırdı. Qumilyovun qulağına şayiələr çatır ki, tərcümələrə görə alınan pulları Anna Ardovun yoldaşına və oğluna alınan hədiyyələrə xərcləyir. Levə elə gəlirdi ki, anası ona çox laqeyd yanaşır.

Qumilyov anasına çox incik idi, hətta bir məktubunda yazırdı ki, sadə bir ananın övladı olsaydı, çoxdan professsor olardı və anası onu heç vaxt hiss etmədi, başa düşmədi, qayğı göstərmədi. Anasını günahlandırırdı ki, tutularkən niyə canfəşanlıq etmədi, hərçənd Anna başa düşürdü ki, hər hansı şikayət onun vəziyyətini daha da çətinləşdirə bilər. Eyni zamanda Punin və Ardov da ona belə bir addımın atmamasını aşılayır, bunun pis fəsadlar verə biləcəyini məsləhət görürdülər. Qumilyov nəzərə almırdı ki, onun anası məhdud şəraitdə ömür sürür və hər şeyi açıq məktubla yaza da bilmirdi, belə ki, onun məktubları senzuradan keçirdi.

Levin qayıdışından sonra anası ilə arasında olan anlaşılmazlıq daha şiddətli xarakter aldı. Şairə elə gəlirdi ki, oğlu daha əsəbi, daha kəskin və daha küsəyən olub, Qumilyov isə öz fikrində qalırdı: anasını ona və elmi fəaliyyətinə qarşı çox laqeyd olmaqda günahlandırırdı.

Axırıncı 5 ili onlar görüşmədilər, hətta Anna xəstələnəndə ona tamam özgə adamlar qulluq edirdi. Qumilyov tarixdən doktorluğu müdafiə etdi, sonradan coğrafiyadan, hərçənd professor tituluna yiyələnə bilmədi. 1966-cı ilin fevralında Axmatova infarkt diaqnozu ilə yatağa düşdü, Lev Leninqraddan onu görməyə gəldi, lakin Punin şairin ürəyinin zəif olması ilə əsaslandıraraq onu palataya buraxmadı. Martın 5-də Axmatova dünyasını dəyişdi. Lev Qumilyov 55 yaşında evləndi və ömrünün geridə qalan hissəsini sakit və əminamanlıqda keçirdi.

Onlar heç bir zaman bir-birinə yol tapa bilmədilər, bir-birini başa düşmədilər və bir-birini əfv etmədilər. Hər ikisi çox pis dövrün qurbanları, dəhşətli vəziyyətin girovu oldular, hansı ki, Lev Qumilyov məhz bu valideynlərin övladı olmasının bədəlini ömrünün böyük bir hissəsində ödəməli oldu. (publika.az)

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/555002.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR