Mobil telefonlar qadınlar üçün xüsusilə ziyanlıdır

Mobil telefonlar qadınlar üçün xüsusilə ziyanlıdır
20:42 26 İyun 2017
63 Ölkə
Ölkə mətbuatı
A- A+

Rusiya alimləri araşdırmalar zamanı aşkar ediblər ki, mobil telefonlar hüceyrələrin quruluşunu dəyişir.

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, eksperimentdə 100 insan iştirak edib. Alimlər sübut ediblər ki, elektromaqnit dalğalarının uzun müddət ərzində təsiri yanağın daxili səthində olan hüceyrələrin quruluşunu pozur. Belə ki, hüceyrələrin nüvələri dağılır və hüceyrələrin bölünməsi zamanı xromosom anomaliyaları əmələ gəlir. Bu yalnız telefonla daim təmasda olan yanaqda müşahidə olunub. Digər tərəfdə dəyişikliklər yox idi.

Hüceyrələrin vəziyyəti eksperimentin əvvəlində və 1 ay sonra qiymətləndirilirdi.
Alimlər aşkar edib ki, mobil telefonların mənfi təsiri xüsusilə qadınlarda və monqoloid irqinə aid olan insanlarda daha çox olub.

Yeri gəlmişkən, Ümumdünya Səhiyyə Təşkilatı da mobil telefonları potensial kanserogenlərə (xərçəng xəstəliyinin inkişafının riskini artıran amillər) aid edir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/health/557710.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR