Azərbaycan prezidenti İlham Əliyev iyunun 26-da Polşa Respublikasına rəsmi səfərə gəlib.
Publika.az xəbər verir ki, Azərbaycanın və Polşanın dövlət bayraqlarının dalğalandığı Varşavanın “Okeçie” hərbi havalimanında prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Azərbaycan prezidentini Polşanın yüksək vəzifəli dövlət və hökumət rəsmiləri qarşılayıblar.