Pərpətöyünün sağlamlıq üçün BİLMƏDİYİNİZ FAYDALARI

Pərpətöyünün sağlamlıq üçün BİLMƏDİYİNİZ FAYDALARI
20:52 26 İyun 2017
88 Ölkə
Ölkə mətbuatı
A- A+

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, pərpətöyün çox faydalı göyərtidir. Pərpətöyün A, B1, B2, K, PP vitaminləri, üzvi turşular, qlükoza, saxaroza, zülali maddələr, kalsium, kalium, maqnezium, manqan, yağlı turşular və digər insan sağlamlığı üçün vacib maddələrlə zəngindir.

1. Tərkibində olan təbii hormonabənzər maddə orqanizmə noradrenalin kimi təsir göstərir, mərkəzi sinir sistemini stimullaşdırır və tonusu artırır.
2. Sidik kisəsində olan iltihabi proseslərə qarşı təsir göstərir, həmçinin sidikqovucu effekt verir.
3. Mədəaltı vəzdən insulin hormonunun sintezini artıraraq qanda qlükozanın səviyyəsini azaldır.
4. Kalium və maqneziumla zəngin olan pərpətöyün ürək üçün çox faydalıdır - ürək fəaliyyətini normallaşdırır, qanda xolesterinin səviyyəsini azaldır, arterial təzyiqi artıraraq hipotoniyanın qarşısını alır.
5. Xəstəliktörədici mikroblara qarşı antibakterial təsir göstərir.
6. Dəri və selikli qişaların regenerasiyasını (bərpa) sürətləndirir, dərialtı kollagenin parçalanmasını ləngidir, tərkibindəki A vitamini dərinin qidalanmasını yaxşılaşdırır, dəri yaşlanmasının qarşısını alır.
7. Pərpətöyündən hazırlanan maska dərini cavanlaşdırır və qırışların hamarlanmasını təmin edir.
8. Bağırsaqların fəaliyyətini yaxşılaşdırır.
9. Qaraciər üçün faydalıdır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/health/557712.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR