AZAL Moskva-Bakı reysində erməni yeməyinin verilməsi ilə bağlı "Aeroflot"dan izahat tələb edəcək

AZAL Moskva-Bakı reysində erməni yeməyinin verilməsi ilə bağlı "Aeroflot"dan izahat tələb edəcək
20:57 26 İyun 2017
24 Ölkə
Ölkə mətbuatı
A- A+

İstənilən şirkət öz müştərilərinin istəklərini nəzərə almağa borcludur.

Milli.Az bildirir ki, bunu "report"-a AZAL-ın Moskvadakı nümayəndəsi Rahib İsayev deyib.

Onun sözlərinə görə, "Aeroflot"un Moskva-Bakı reysinin menyusunda "ermənisayağı hinduşka" yeməyinin təklif olunması qəsdən edilən səhv deyil.

"Çox güman ki, rasion tərtib edilərkən yanlışlığa yol verilib. Aviaşirkət sərnişinlərin istəklərini nəzərə almaya və onların milli hissləri ilə oynaya bilməz. Məsələn, AZAL-ın reyslərində uçuş istiqamətləri və ilin fəsillərindən asılı olaraq, müxtəlif qidalar var, o cümlədən faydalı və pəhriz qidaları", - deyə Rahib İsayev deyib.

O, həmçinin bildirib ki, tezliklə AZAL səhvi düzəltmək xahişi ilə "Aeroflot"a müraciət edəcək.

"Aeroflot"un Moskva-Bakı reysi sərnişinlərindən birinin məlumatı və çəkdiyi video AZAL rəhbərliyinin diqqətinə çatdırılıb. Yaxın vaxtlarda, yəqin ki, müvafiq sorğu göndəriləcək. Biz bu məsələni nəzarət altında saxlayacağıq", - deyə o bildirib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/557848.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR