Sarımsaq, yoxsa meyvə? - FOTO

Sarımsaq, yoxsa meyvə? - FOTO
21:32 26 İyun 2017
Ölkə mətbuatı
A- A+

Görünüşü ilə sarımsağı xatırladan bu meyvə əsasən İndoneziyada yetişir. Əksər cənub-şərqi Asiya regionlarında, Sinqapur, Tailand və Vyetnamda da rast gəlinən meyvənin adı monqostindir. Bu meyvə il boyu yarpaqlarını tökmür.

Afrikanın bəzi bölgələrində rast gəlinən monqostin meyvəsinin görünüşü sarımsağı xatırladır. Qəhvə ilə bordo rəngin qarışığından ibarət qabığı sanki çuğundura bənzəyir. Torpağın altından çıxan bu "xəzinə" bənzərsiz görünüşü ilə yanaşı, tropik meyvələrin tamını verir. Gözəl ətri və dadına görə insanlar monqostini "tropik meyvələrin kraliçası" adlandırırlar.
Krem dadı verən, şirin ətirli meyvənin içi sərt qabığına baxmayaraq, ağızda əriyəcək qədər yumuşaqdır.
18-ci əsrdən bu yana Asiya təbabətində bu meyvədən dərman kimi istifadə edilir.
Milli.Az manqostin meyvəsinin elmə məlum olan faydalı xüsusiyyətlərini təqdim edir:
Güclü antitoksidan xüsusiyyəti ilə qocalmanın qarşısını alır, orqanizmi zərərli molekullardan təmizləyir. Tərkibində olan polifenol fiziki və zehni xəstəliklərin yaranmasını 50%-ə qədər azaldır.
Aşağı kalorili olduğu üçün pəhriz menyusunda da istifadə edilir. 100 qramında 63 kalori olan meyvə sözün əsil mənasında pəhriz dostudur.
C vitamini ilə zəngindir. Meyvənin 100 qramında insan orqanizminin tələbatını ödəyəcək miqdarda C vitamini var. Bu, bədəni möhkəmləndirir və immuniteti gücləndirir. Xüsusilə hamiləlik dövründə istehlak edilməsi tövsiyə edilən meyvə ana bətnində körpənin immun sisteminin möhkəmlənməsində mühüm rol oyanyır.
Qırmızı qan hüceyrələrinin bərpasına kömək edən manqostin meyvəsi qan dövranını yaxşılaşdırarır, yüksək laxtalanmanı aradan qaldıraraq axını sürətləndirir.
İnsan orqanizmindəki xolestrolu normada saxlayan meyvə, qan yağlarının (triqliserid) səviyyəsininaşağı düşməsini təmin edərək ürək-damar xəstəliklərinin yaranmasının qarşısını alır.
Tərkibindəki faydalı maddələrlə immuniteti gücləndirən meyvə vərəm (tuberkuloz) xəstəliklərinin yaranmasının qarşısını alır.
Aparılan araşdırmalara görə, bu meyvənin tərkibindəki maddələr beyni oksidatif stressə qarşı qoruyaraq hüceyrələrin vaxtından tez məhv olmasına menə olur və xərçəng hüceyrələrinin yaranmasının qarşısını alır.
Qan təzyiqini tənzimləyir. Tərkibində maqnezium, fol turşusu olması ürək xəstəliklərindən qoruyur. Riboflavin, manqan və mis isə enerjinin artmasını təmin edərək təzyiq və bənzəri xəstəliklərlə mübarizə aparır.
Dərman müalicəsinin effekt vermədiyi oturaq sinirin iltihabı (işias) gün ərzində 2-3 dəfə istehlak edilən manqostin meyvəsi ilə asanlıqla aradan qaldırılır.
Yaddaşı canlandırıcı təsirə malik olan meyvə Alzheimeri müalicə edir və yaşlılıqdan qaynaqlanan yaddaş itkisinin qarşısını alır.
Mədə-bağırsaq sistemini, xüsusən də yoğun bağırsaqları sıradan çıxaran infeksion xəstəliyin müalicəsində manqostin meyvəsindən geniş istifadə edilir. (publika.az)

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/555671.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR