Türkan Şoray yeni mənzilə köçüb

Türkan Şoray yeni mənzilə köçüb
21:52 26 İyun 2017
Ölkə mətbuatı
A- A+

Türkiyəli aktrisa Türkan Şoray yeni mənzilə köçüb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, aktrisa 30 il yaşadığı evini satıb. 

Şoray bildirib ki, qızı Yağmurun uşaqlığı köhnə mənzilində keçib:

"Yağmur 6 yaşından 30-a kimi orada yaşayıb. Köhnə evimdə çox xatirələrim var. 50 illik əməyimlə qurduğum bir ev idi. Bağçaya anamla birlikdə əkdiyim ağaclar böyümüşdü. O ev mənim sirdaşım idi. Bu mənzili bir il əvvəl almışdım, amma yeni köçdüm. Bağçadakı gülləri belə özüm əkmişəm. Buranın ən gözəl tərəfi yaşıllığın çox olmasıdır".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/557707.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR