Beyləqanda yanğın baş verib

Beyləqan rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, Beyləqan rayonu, Əmirzeydli kəndində vətəndaşlara məxsus həyətyanı sahədə 0,4 ha biçilmiş taxıl sahəsi, ümumi sahəsi 18 m2 olan köməkçi tikilinin yanar konstruksiyaları 7 m2 sahədə və yaxınlıqda olan 1 ədəd elektirik dirəyi qismən yanıb.

Tikilinin qalan hissəsi və yaxınlıqdakı taxıl sahəsi yanğından mühafizə olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR