Kirayə ev axtaran gənc pakistanlı bir gecədə fenomen oldu - FOTOLAR

Kirayə ev axtaran gənc pakistanlı bir gecədə fenomen oldu - FOTOLAR
23:03 26 İyun 2017
71 Digər
Ölkə mətbuatı
A- A+

Nyu-Yorkda yaşamaq üçün kirayə ev axtaran pakistanlı gənc bir anda sosial şəbəkə fenomeni olub.

Publika.az xəbər verir ki, Rehan Munir adlı pakistanlı bir həkim kirayə ev axtarışı üçün Feysbuk qruplarında paylaşım edib.

26 yaşlı həkimin fenomen olmasına səbəb isə qətiyyən onun kirayə ev axtarışında olması deyil. Belə ki, Pakistanda modelliklə məşğul olan Rehanın fotolarını görən qadınlar və homoseksuallar ona aşiq olub və müxtəlif təkliflər ediblər: kimi evində pulsuz qalmaq imkanı verdiyini açıqlayıb, kimi birlikdə yaşamaq istədiyini deyib.

“Gecə qruplara ev axtarmağım haqqında mesaj yazdım və cavablara yalnız səhər baxmaq imkanım oldu. Sosial şəbəkədə hamının marağını cəlb etməyim və bir gecədə məşhur olmağım məni şok etdi. Amma həm də qürurumu oxşadı. Mənə evində yaşamağı təklif edən hər kəsə təşəkkür edirəm” açıqlamasını verən Rehan qızlara cavabında isə hazırda subay olduğunu, lakin tək hədəfinin təhsilini inkişaf etdimək olduğunu deyib.

Zümrüd


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqlidunyasi/204057.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR