Lavrov və Tillerson arasında telefon danışığı olub

Lavrov və Tillerson arasında telefon danışığı olub
23:12 26 İyun 2017
51 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ-ın dövlət katibi Reks Tillerson arasında telefon danışığı olub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-in yaydığı açıqlamada bildirilir.

"Söhbət zamanı tərəflər, atəşkəs rejiminin möhkəmləndirilməsi daxil olmaqla,  Suriyada münaqişənin nizamlanması, terror qruplaşmalarına qarşı mübarizədə səylərin artırılması məsələlərini müzakirə edib, kimyəvi maddələrdən istifadə hallarının qarşısının alınmasının vacibliyini vurğulayıblar", məlumatda deyilir.
 
Danışıqlar ABŞ tərəfinin təşəbbüsü ilə keçirilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/557862.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR