Qətərin xarici işlər naziri ABŞ-a gedir

Qətərin xarici işlər naziri ABŞ-a gedir
00:08 27 İyun 2017
56 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Qətərin xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman Əl-Təni bu həftə Vaşinqtona səfər edəcək.

Trend xəbər verir ki, bu barədə RİA Novosti-yə Qətərin ABŞ-dakı səfirliyindən deyiblər.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı, Bəhreyn və BƏƏ, həmçinin Misir Qətəri terror təşkilatlarına və onların bu ərəb ölkələrində daxili vəziyyəti gərginləşdirmək üzrə fəaliyyətlərinə dəstək verməkdə ittiham edərək rəsmi Doha ilə diplomatik əlaqələri kəsdiklərini bəyan ediblər.

Daha sonra digər ölkələr Qətərlə münasibətləri dayandırdığını və ya azaltdığını bildirib.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/other/world/2771015.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR