Hökumət qüvvələri ilə terror qruplaşması arasında döyüş olub -

Çad gölü ətrafında Çad ordusu ilə "Boko Haram" terror qruplaşması arasında qarşıdurma olub.

Metbuat.az bildirir ki, döyüş nəticəsində sözügedən terror təşkilatının 162 üzvü öldürülüb. Yerli ordu isə 8 nəfər itki verib.

Çad ordusunun komandiri Albay Azemin sözlərinə görə, ordu Çad gölü sərhədində olan 5 adada eyni zamanda "Boko Haram"a hücum edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR